İqor Ponomaryov: Biz indidən yeni transferlər haqda fikirləşirik
27.04.2009 - 13:14
“Biz mövsümün son oyunlarına yalnız qələbə əzmi ilə çıxacağıq. Başımızı aşağı salıb, işimizi görəcəyik. Məqsədimiz qalan üç görüşdə qalib gəlməkdir”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Xəzər-Lənkəran” klubunun baş məşqçisi İqor Ponomaryov deyib.
Azərbaycan Premyer Liqasının hesabat turunda “Şəfa” stadionunda “İnter”lə heç-heçə oynayan (2:2) lənkəranlılar bu iki xal itkisindən sonra çempionluq şansını demək olar itirdi. Hər halda, 4-cü yerdə qərarlaşan “Xəzər-Lənkəran”ın lider “İnter”lə 7 xallıq fərqini sona üç tur qalmış aradan qaldırması çox çətin məsələdir. Ponomaryov bunu yaxşı başa düşsə də, hadisələri qabaqlamağın əleyhinədir: “Gəlin ehtimallara söykənməyək. Çempionluğa şansımız nəzəri cəhətdən qalıb. Nəyə nail olacağımızı isə mövsümün sonunda görəcəyik. “İnter”lə oyunda qələbə qazanmaq bizim üçün çox vacib olsa da, bunu reallaşdıra bilmədik. Əsas çatışmazlıq qısa zaman kəsiyində iki qol buraxmağımız oldu. Əgər top buraxmasaydıq, vəziyyət başqa cür olacaqdı. Hər halda, “İnter” də güclü klublardan biridir. Təsadüfi deyil ki, turnir cədvəlində 1-ci yerdədir, son Azərbaycan çempionudur”.
“Xəzər-Lənkəran”ın bolqarıstanlı hücumçusu İvan Svetkov son vaxtlar susduğu halda, türkiyəli həmkarı Əhməd Dursun coşub. Təcrübəli hücumçu son oyunda meydanı qolsuz tərk etməyərək, “Neftçi” və “Bakı” ilə “İnter”lə görüşlərdə ümumilikdə 4 qol vurub. 49 yaşlı Ponomaryov uzun müddət bombardirlər yarışına liderlik edən Svetkovun yenidən öz sözünü deməsini arzulayır: “Hazırda formada olan Əhməd məşqlərdə yaxşı çalışması bəhrəsini verir. Mən onun işə münasibətindən razıyam. Təcrübəli, səviyyəli hücumçu olan Dursun qol vurmaq bacarığı ilə seçilir. Son vaxtlar inamlı oyunu, qollarını sıralaması özünəinamını artırır. Bütün bunları görmək çox xoşdur. Əlbəttə, Svetkovun da qol vurmasını çox istərdik. Normal oynayan bu hücumçu yenidən rəqib qapısına yol tapsa, özünə inamı qaytaracaq və qollarının davamı gələcək”.
“Xəzər-Lənkəran”ın son oyunlarını stadiondan izləyən fəxri prezident Mübariz Mənsimov baş məşqçiyə güvəndiyini bildirib. Ponomaryovun işindən, komandanın oyunundan razı qalan Mənsimov transfer işlərinin yalnız baş məşqçinin səlahiyyətində olduğunu söyləyib. Ponomaryov fikrincə, yeni transferlərə qədər mövsümü major notda başa vurmaları lazımdır: “Rəhbərliyin dəstəyini görmək çox xoşdur. Əlbəttə, baş məşqçidən çox şey asılıdır. “İnter”lə oyunda qələbə qazanmaq üçün köklənmişdik və buna nail olmağı çox istərdik. Hər halda, mübarizəmizi sona qədər davam etdirəcəyik və mövsümü hansı yerdə başa vuracağımızı, hansı mükafatı qazanacağımızı zaman göstərəcək. İndidən yeni mövsüm, yeni transferlər haqda da fikirləşirik. Artıq bunu nəzərdən keçirsək də, hələ bu haqda danışmaq tezdir. Çünki hələ cari mövsüm bitməyib və son üç turda yaxşı çıxış etməliyik”.
Qeyd edək ki, Ponomaryov ötən ilin dekabrın əvvəlində “Xəzər-Lənkəran”ın baş məşqçisi təyin olunub.

0
0