Azərbaycan futbolçuları Moskva MOİK-i ilə heç-heçə oynadı
27.04.2009 - 15:01
Qazaxıstanın Almatı şəhərində keçirilən “Prezident kuboku” turnirində iştirak edən Azərbaycan komandası qələbə üzünə həsrət qalıb. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, assosiasiyanın Futbol akademiyasının yetirmələrindən ibarət “Akademiya” komandası bu gün Moskva MOİK-i ilə keçirdiyi görüşdə 2:2 hesablı heç-heçə edib. Komandamızdan hər iki qolun müəllifi Elşən Abdullayev olub. “Akademiya” növbəti oyununu aprelin 29-da Moskvanın “Spartak” klubuna qarşı keçirəcək.
Qeyd edək ki, təmsilçimiz qrupda keçirdiyi ilk oyunda Qırğızıstanın “Abdış-Ata” klubuna 0:1 hesabı ilə uduzub.
Qeyd edək ki, təmsilçimiz qrupda keçirdiyi ilk oyunda Qırğızıstanın “Abdış-Ata” klubuna 0:1 hesabı ilə uduzub.
- "Türkiyənin ən böyük klubu bizik" – İlkay Gündoğandan iddialı açıqlamalar
- "Qalatasaray" Reyndersi izləyir – "Mançester Siti" bu halda buraxacaq
- Kastro "Roma"ya, Dovbik "Bolonya"ya: 35 milyonluq transfer
- Duşan Tadiç NEC-lə razılaşdı – 2 illik müqavilə
- “Nyukasl” rekord transferini icarəyə göndərir – Voltemade "gözdən çıxarıldı"
0
0