“Mançester Yunayted” minimal hesablı qələbə qazandı
30.04.2009 - 00:35
“Mançester Yunayted” minimal hesablı qələbə qazandı
Qitənin ən nüfuzlu klub turnirlərindən sayılan UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, İspaniyanın “Barselona” klubu öz meydanında İngiltərə təmsilçisi “Çelsi”ni qəbul edib.

“Nou Kamp” stadionunda almaniyalı baş hakim Volfqanq Ştarkın idarə etdiyi görüşdə hesab açılmayıb.

Hərçənd, bu komandalar avrokuboklarda indiyədək 11 dəfə görüşmüşdü ki, ispanlar 5, “zadəganlar” isə 4 qələbə qazanıb. Matçların 6-sı son 5 mövsümə təsadüf edib.

2004/05 mövsümündə London (1:2, 4:2), növbəti ildə Kataloniya (2:1, 1:1) təmsilçisi qalib gələrək, mərhələ adlayıb. 2006/07 mövsümündə isə rəqiblər qrup mərhələsində üz-üzə gəlmişdi ki, şəxsi oyunlar yenə ingilislərin üstünlüyünü göstərmişdi – 2:2, 1:0.

Az öncə isə İngiltərə təmsilçiləri - “Mançester Yunayted” və “Arsenal” üz-üzə gəlib.

Çempionlar Liqası, 1/2 final, ilk oyunlar

28 aprel

“Barselona” (İspaniya) – “Çelsi” (İngiltərə) - 0:0

Baş hakim: Volfqanq Ştark (Almaniya)


29 aprel

“Mançester Yunayted” (İngiltərə) – “Arsenal” (İngiltərə) - 1:0

Baş hakim: Klaus Bo Larsen (Danimarka)
QOL: O Şi, 17

0