“Bakı” - “Qarabağ” oyununun vaxtı dəyişdi
27.04.2009 - 16:44
“Bakı” - “Qarabağ” oyununun vaxtı dəyişdi
Azərbaycan kubokunun ilk yarımfinal oyunlarının vaxtı və keçirilmə stadionu dəqiqləşib. Peşəkar Futbol Liqasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, eyni gündə paytaxtda keçiriləcək ilk yarımfinal matçları fərqli vaxtlara təsadüf edəcək. Belə ki, aprelin 29-da baş tutacaq oyunların biri digəri başa çatdıqdan sonra başlayacaq. “İnter”lə “Qəbələ” nəzərdə tutulduğu kimi saat 16:00-da meydana çıxacaqsa, “Bakı”yla “Qarabağ”ın oyununda ilk fit 18:00-da veriləcək.

29 aprel, çərşənbə

16:00. "İnter" - "Qəbələ"

"Şəfa" stadionu

18:00. "Bakı" - "Qarabağ"
T.Bəhramov adına Respublika Stadionu
0