Azərbaycan yığmasının futbolçusu zədələnib
27.04.2009 - 23:08
Azərbaycan milli komandasının futbolçusu Daniel Axtyamov zədələnib. Apasport.az saytının məlumatına görə, yığmamızın 25 yaşlı hücumçusu bu səbəbdən Belarus çempionatının növbəti oyununu buraxmalı olub. Buna görə də, Axtyamov çıxış etdiyi “Minsk” klubunun ardıcıl dördüncü məğlubiyyətində iştirak etməyib. Ötən həftə millimizin təlim-məşq toplanışında iştirak edən hücumçu klubunun düşərgəsinə zədəli döndüyündən hazırlıqlardan kənarda qalıb.
Qeyd edək ki, öz meydanında “Vitebsk”ə 0:1 hesabı ilə uduzan paytaxt təmsilçisi 16 komanda arasında sonuncu sırada qərarlaşıb.
Qeyd edək ki, öz meydanında “Vitebsk”ə 0:1 hesabı ilə uduzan paytaxt təmsilçisi 16 komanda arasında sonuncu sırada qərarlaşıb.
0
0