“Qalatasaray”ın sabiq baş məşqçisi “Bavariya”ya “yox” desə də...
27.04.2009 - 18:24
“Qalatasaray”ın sabiq baş məşqçisi “Bavariya”ya “yox” desə də...
Yurgen Klinsmanla vidalaşan Almaniyanın “Bavariya” klubu baş məşqçi postuna Erek Geretsi gətirə bilər. Apasport.az saytının məlumatına görə, “Qalatasaray”a son çempionluğu qazandıran belçikalı mütəxəssis münhenlilərin hədəfindədir.

Onunla görüşən “Bavariya” rəhbərliyi ilk cəhddə mənfi cavab alıb. Belçikalı məşqçi ötən bazar “Marsel”də qalacağam” açıqlamasını versə də, Almaniya və Fransa mətbuatında onun uzun müddət “Bavariya”ya “yox” deyə bilməyəcəyi haqda məlumatlar yer alıb.

“Qalatasaray”da iki mövsüm işləyən, 2005/06 mövsümündə çempionluq qazandıran Gerets “Marsel”də uğurlu işi ilə diqqəti cəlb edir. Onun komandası 33 turdan sonra 67 xalla vahid liderdir və ən yaxın izləyiciləri “Bordo” ilə “Lion”u müvafiq olaraq 5 və 6 xal qabaqlayır. UEFA kubokunda mübarizəni ¼ finalda dayandıran “Marsel” Donetskin “Şaxtyor” klubuna yenildi. Belçika milli komandasının baş məşqçi postuna da namizəd olan Gerets bu təklifi qəbul etməyib.
0