Adrianonu depressiyaya salan gözəlçə - FOTOSESSİYA
27.04.2009 - 23:30
Adrianonu depressiyaya salan gözəlçə - FOTOSESSİYA
Braziliya milli komandasının və “İnter”in futbolçusu Adrianonun depressiyaya düşməsinin səbəbi məlum olub. Apasport.az saytının məlumatına görə, 27 yaşlı hücumçunu bu günə salan onun keçmiş nişanlısı Xoana Maxadodur.

Adriano son 2 ildə məhz Xoananın ucbatından psixoloji problemlər yaşayır. Onun şəxsi həyatındakı problemlər bitib-tükənmir. Futbolçu xüsusilə, nişanlısından ayrıldıqdan sonra çətin vəziyyətlə üzləşib. İndi şəxsi problemlər onu hətta futbolla vidalaşmaq məcburiyyətində qoyub. Buna görə də Adrianonun tezliklə “İnter”lə müqaviləni pozacağı gözlənilir.
0