Mehmet Şoll “Bavariya”nın baş məşqçisi təyin olundu
28.04.2009 - 09:46
Mehmet Şoll “Bavariya”nın baş məşqçisi təyin olundu
Mehmet Şoll “Bavariya” klubunun yeni baş məşqçisi təyin edilib. Apasport.az saytının məlumatına görə, 38 yaşlı məşqçi Münhen təmsilçisinin əvəzedicilərdən ibarət komandasını çalışdıracaq.

Buna qədər Şoll “Bavariya”nın gənclərdən ibarət komandalarında işləyib. Əslən türk olan Mehmet doğulub boya-başa çatdığı Almaniyanın vətəndaşlığını daşıyır, bu ölkənin milli komandasının şərəfini qoruyub. Keçmiş yarımmüdafiəçi uzun müddət çıxış etdiyi “Bavariya”da futbolçu karyerasını başa vurub.

Qeyd edək ki, “Bavariya”nın rəhbərliyi Yurgen Klinsmanı istefaya göndərəndən sonra əsas komandaya yeni baş məşqçi axtarır.
0