Azərbaycan kuboku: Bakıda əyalət klublarına “qonaqlıq”
28.04.2009 - 11:01
Sabah Azərbaycan kuboku uğrunda yarışın yarımfinal mərhələsinə start veriləcək. Apasport.az saytının məlumatına görə, ilk oyunların hər ikisi Bakıda keçiriləcək və əyalət klubları paytaxt təmsilçilərinin qonağı olacaqlar.
Ötən mövsüm ölkə kubokunun finalına yüksələn “İnter” klubu eyni uğuru təkrarlamaq üçün bu dəfə “Qəbələ”ni üstələməlidir. Bu həmin “Qəbələ”dir ki, cari mövsümdə uğursuz çıxış edərək, turnir cədvəlinin 10-cu pilləsində gedir və bütün ümidlərini kuboka bağlayıb. Azərbaycan Premyer Liqasının lideri “İnter” isə ardıcıl ikinci il çempion olmaqla yanaşı, nəhayət, kuboku da qazanmaq istəyir.
“İnter” və “Qəbələ” klubları bir-birlərinin tarixinə yaxşı mənada düşüblər. Belə ki, güclülər dəstəsində “Gilan” adı ilə debüt edən qəbələlilər ilk oyunu məhz “İnter”ə qarşı keçiriblər və birinci xalı bu komandadan alıblar. “Bankirlər” isə ötən çempionatın son turunda, “Qəbələ”ni böyük hesabla məğlub etməklə (4:0), tarixində ilk dəfə çempion tituluna yiyələnib. Bu komandalar ölkə kubokunda birinci dəfə məhz sabah qarşılaşacaqlar. Valentin Xodukinin yetirmələri indiyədək “Qəbələ”yə yalnız bir oyunda uduzublar. Ötən mövsüm də kubokun yarımfinalında oynayan qəbələlilər həmin vaxt “Xəzər-Lənkəran”a yenilib. Daha sonra “İnter” də finalda lənkəranlılara məğlub olub.
Digər yarımfinal cütünü təşkil edən “Bakı” və “Qarabağ”ın yolları bundan öncə kubokda kəsişib. “Qarabağ” 2005/06 mövsümündə kuboka yiyələnib. Həmin vaxt Ağdam təmsilçisi 1/4 finalda “Bakı”nı Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda qazandığı 3:2 hesablı qələbə sayəsində üstələyib. “Bakı”nın o vaxtkı baş məşqçisi Əsgər Abdullayevin kubokdakı uğursuzluğu gələcək taleyinə təsir göstərib. Klub rəhbərliyi bundan az sonra Qazaxda “Göyəzən”lə 1:1 hesablı heç-heçədən sonra Abdullayevlə yollarını ayırıb.
Kuboku nəzərə almasaq, “Bakı” “Qarabağ”a uzun müddətdir uduzmur. Çempionatda yeganə məğlubiyyət 2004-cü ilə təsadüf edir və həmin vaxt komanda “Bakı” adı altında ilk rəsmi oyunda Suraxanı stadionunda “Qarabağ”a 0:2 hesabı ilə yenilib. Bakılılar cari mövsümdə “Qarabağ” üzərində hər iki oyunda eyni hesablı (2:0) qələbə qazanıb.
Azərbaycan kuboku, yarımfinal mərhələsi, ilk oyunlar
29 aprel
16:00: “İnter” – “Qəbələ”
Bakı. “Şəfa” stadionu
2006/07 mövsümü
“İnter” – “Qəbələ” – 2:0
“Qəbələ” – “İnter” – 0:0
2007/08 mövsümü
“İnter” – “Qəbələ” – 4:0
“Qəbələ” – “İnter” – 2:1
2008/09 mövsümü
“İnter” – “Qəbələ” – 1:1
“Qəbələ” – “İnter” – 0:1
18:00. “Bakı” – “Qarabağ”
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
2004/05 mövsümü
“Bakı” – “Qarabağ” – 1:1
“Qarabağ” – “Bakı” – 2:0
2005/06 mövsümü
“Bakı” – “Qarabağ” – 2:1
“Qarabağ” – “Bakı” – 2:4
Azərbaycan kuboku, 1/4 final mərhələsi
“Qarabağ” – “Bakı” – 3:2
“Bakı” – “Qarabağ” – 0:0
2006/07 mövsümü
“Bakı” – “Qarabağ” – 0:0
“Qarabağ” – “Bakı” – 1:1
2007/08 mövsümü
“Bakı” – “Qarabağ” – 0:0
“Qarabağ” – “Bakı” – 1:1
2008/09 mövsümü
“Bakı” – “Qarabağ” – 2:0
“Qarabağ” – “Bakı” – 0:2

0
0