MOİK dünyanın ikinci komandasıdır
28.04.2009 - 11:07
MOİK dünyanın ikinci komandasıdır
Azərbaycan Premyer Liqasının XXIII turunda “Karvan”a uduzan MOİK ardıcıl 11-ci məğlubiyyətə düçar olub. Apasport.az saytının hesablamalarına görə, ötən il noyabrın 26-da “Muğan”la səfərdə keçirilən oyunda xal qazanan bakılılar həmin görüşdəki 1:1 hesablı heç-heçədən sonra keçirdiyi bütün matçlarda uduzub.

MOİK-in düşdüyü bu “uğursuz zolaq” dünyanın ikinci ən uzun məğlubiyyət seriyasıdır. Belə ki, planetin 123 çempionatının cari mövsümündə mübarizə aparan 1852 komanda arasında birinci yeri “Reyncers” tutur. Andorra təmsilçisi ardıcıl 13 çempionat oyunudur meydanı xalsız tərk edir.

Hazırda davam edən milli çempionatlarda ən uzun məğlubiyyət seriyalarına malik klublar arasında daha bir Azərbaycan komandası yer alıb. Son 8 turda xal üzünə həsrət qalan “Bakılı” siyahıda 6-11-ci pillələri bölüşdürür.
0