Ronaldo üçün Hollivud filmi
28.04.2009 - 11:41
Ronaldo üçün Hollivud filmi
Məşhur braziliyalı futbolçu Ronaldo haqqında film çəkiləcək. Apasport.az saytının məlumatına görə, hazırda karyerasını Braziliyanın “Korintians” klubunda davam etdirən 32 yaşlı hücumçunun təxminən bir illik fasilədən sonra futbola qayıdışı əbədiləşdiriləcək.

Klubun direktoru Luis Rozemberq Ronaldonun komandada göstərdiyi oyundan məmnun qaldıqlarını və bununla bağlı planlarını açıqlayıb: “Ronaldonun futbola qayıdışı haqqında kino çəkmək haqda düşünürük. Çünki onun qayıdışından sonra “Korintians”ın etdikləri lap Hollivud filminə oxşayır”.

Qeyd edək ki, “Korintians”ın heyətində 10 matça çıxan “Yekədiş” artıq 8 qol vurub. San Paulu ştatının çempionatında mübarizə aparan komanda isə titulun bir addımlığındadır.
0