Yığmamızın hücumçusu Van der Sara qol vura biləcəkmi?
28.04.2009 - 13:09
Yığmamızın hücumçusu Van der Sara qol vura biləcəkmi?
İngiltərənin “Mançester Yunayted” klubu mövsümlərarası dövrlə bağlı planlarına aydınlıq gətirib. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının son qalibi yeni mövsümün hazırlıqlarını Çində keçirəcək.

Təlim-məşq toplanışı zamanı İndoneziya, Malayziya və Cənubi Koreyanı da ziyarət edəcək ingilislərin səfəri daha şox kommersiya xarakteri daşıyır. Asiya qitəsində yaxşı qazanmağa ümid edən “Mançester Yunayted” Çində 4 yoldaşlıq oyununda da qüvvəsini sınayacaq. İyulun 26-da baş tutacaq son görüşdə Premyer Liqa təmsilçisi yerli “Xançjou Qrintaun”la görüşəcəyini dəqiqləşdirib. Digər üç sınaqçı rəqibin adları açıqlanmır ki, belədə, “Çanqçun Yatay”ın da belə matç keçirməsi mümkündür. Bu halda, Azərbaycan milli komandasının hücumçusu Branimir Subaşiç “Mançester Yunayted”ə qarşı oynamaq imkanı qazanacaq.

Xatırladaq ki, Van der Sara qol vurmaq perspektivi olan 27 yaşlı hücumçu iki aydır “Çanqçun Yatay”ın şərəfini qoruyur.
0