“Branimir Subaşiç təkbaşına heç nə edə bilmir”
28.04.2009 - 15:35
Azərbaycan milli komandasının hücumçusu Branimir Subaşiçin “Çanqçun Yatay” klubundakı çıxışı Çin mətbuatının da diqqətini cəlb edib. Apasport.az saytının məlumatına görə, Asiya ölkəsindən olan həmkarlarımız məşqçilər korpusunun hələ də qol hesabını aça bilməyən 27 yaşlı hücumçuya güvənməsinin sirrini başa düşə bilmirlər.
Yığmamızın milliləşən legioneri haqda o qədər də yüksək fikirdə olmayan çinlilər transferin ümidləri doğrultmağını düşünür: “Əsasən bir hücumçu ilə oynamağa üstünlük verən “Çanqçun Yatay” ön xətdə Branimir Subaşiçə güvənməkdə davam edir. Yarımmüdafiə xəttinin yaxşı dəstək verə bilmədiyi legioner isə təkbaşına heç nə edə bilmir. Onun start heyətdə yer alması təəccüblü görünür. Subaşiç nə qədər texnikalı oyunçu olsa da, kəskin və sürətli hücumların təşkili baxımından “axsayır”. Bunun da nəticəsində rəqib qapısı önündə real təhlükələr yarada bilmir”.
Qeyd edək ki, Çin çempionatının 6 turundan sonra 4-cü yerdə qərarlaşan “Çanqçun Yatay”ın 5 oyununda start heyətində meydana çıxan Subaşiç 376 dəqiqəyə qol vura bilməyib.

0
0