Qondarma “Dağlıq Qarabağ Respublikası”nda qondarma turnir
28.04.2009 - 17:01
Qondarma “Dağlıq Qarabağ Respublikası”nda qondarma turnir
Azərbaycan torpaqlarını işğal etmiş ermənilər zəbt etdikləri Dağlıq Qarabağda beynəlxalq futbol turniri keçirmək niyyətindədirlər. Apasport.az saytının məlumatına görə, qondarma “Dağlıq Qarabağ Respublikası”nın “paytaxtı” Xankəndi MDB jurnalistlərinin futbol komandalarının yarışını qəbul etməyə hazırlaşır.

Mayın 15-dən 18-dək keçirilməsi nəzərdə tutulan turnirdə ermənilərlə yanaşı, Moskva, Minsk, Tiflis, Vilnüs, Volqoqrad, Odessa, Bryansk, Lutskdan gələn jurnalistlər də iştirak edəcək. Yarış başa çatdıqdan sonra isə veteranlarla məmurlardan ibarət yığma jurnalistlər yığmasını sınağa çəkəcək.

Mənbə: extratime.az
0