Luqano “Fənərbaxça”dan getdi
29.04.2009 - 15:18
Luqano “Fənərbaxça”dan getdi
Uruqvaylı futbolçu Luqano “Fənərbaxça”dan ayrılıb. Apasport.az saytının məlumatına görə, müdafiəçi yeni mövsümdən İtaliyanın “Latsio” klubunda çıxış edəcək. Artıq yeni komandası ilə ilkin müqavilə imzalayan Luqano bir ildə 2,5 milyon avro məvacib alacaq.

Türkiyədə ilinə aldığı 1,2 milyon avronu bəyənməyən və bu səbəbdən anlaşmanın müddətini uzatmayan uruqvaylı yeni klubu ilə mövsümün sonunda rəsmi müqavilə bağlayacaq. “Latsio”nun həmşəhərliləri, prinsipial rəqibi olan “Roma” da Luqanoya maraq göstərsə də, futbolçunun seçiminə xanımının israrı böyük rol oynayıb.

“Qalatasaray”la derbi oyunda insidentin əsas iştirakçısı olan futbolçu son günlərdə “Fənərbaxça”lı tərəfdarların təqibinə məruz qalıb. Bu xoşagəlməz olaylardan və komandasının cari mövsümdə uğursuz çıxışından sonra Luqano İtaliyanın köklü klublarından olan “Latsio”nu seçib.
0