“Qəbələ” hələ belə uduzmamışdı...
29.04.2009 - 17:11
“Qəbələ” klubu tarixinin ən böyük biabırçılığını yaşayıb. Apasport.az saytının hesablamalarına görə, Azərbaycan kubokunun ilk yarımfinal matçında “İnter”in qonağı olan əyalət təmsilçisi tarixində ən böyük hesablı məğlubiyyətini alıb.
2005-ci ildə yaranan komanda indiyədək heç vaxt bu günkü kimi 0:5 hesabı ilə uduzmamışdı. Dörd yaşlı “Qəbələ” indiyədək ən pis halda meydanı 4 cavabsız qol buraxmaqla tərk etmişdi. Ramiz Məmmədovun yetirmələri həm 2006-cı il dekabrın 9-da, həm də 2008-ci il mayın 28-də çempionat qarşılaşmasında 0:4 hesabı ilə məyus olmuşdu. Birinci halda “Xəzər-Lənkəran”, 11 ay əvvəl isə çempionluğu həmin oyunda qazanan “İnter” bu qələbələrin səbəbkarı olmuşdu.
Qeyd edək ki, “Qəbələ” tarixi ərzində 125-ci rəsmi görüşünü keçirirdi.

- “Mançester Yunayted” Maykl Kerriklə bağlı qərar verdi
- “Barselona” Premyer Liqadan transferə hazırlaşır
- “Fənərbaxça”dan “Qalatasaray”a sərt ittihamlar – Derbidə qalmaqal
- Mbappenin zarafatı baha başa gəldi – Sponsorlarını itirdi, La Liqa yayımları dayandırıldı
- “Fənərbaxça”nın dördüncü forması bəlli oldu – FOTO
0
0