5:1-dən 5:5-dək
29.04.2009 - 17:35
5:1-dən 5:5-dək
AFFA-nın Futbol akademiyasının “Akademiya” komandası Qazaxıstanın Almatı şəhərində təşkil olunan “Prezident kuboku” turnirində qələbə üzünə həsrət qalıb. Apasport.az saytının məlumatına görə, bu gün qrup mərhələsi çərçivəsində son oyununu keçirən təmsilçimiz Moskvanın “Spartak” klubu ilə məhsuldar heç-heçə edib – 5:5. “Akademiya” matçın gedişində hesabda 5:1 irəlidə olmasına baxmayaraq, sonradan buraxdığı 4 qolla qələbəni əldən verib.

Qeyd edək ki, ilk oyunda Qırğızıstanın “Abdış-Ata” klubuna uduzan (0:1) “Akademiya” Moskva MOİK-i ilə 2:2 hesablı heç-heçə edib.
0