Kramarenkonu məyus edən futbolçu 800-ə çatdı
30.04.2009 - 09:41
Kramarenkonu məyus edən futbolçu 800-ə çatdı
Çempionlar Liqasının “Mançester Yunayted” və “Arsenal” arasında keçirilən ilk yarımfinal görüşü Rayan Qiqqz üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, Uels milli komandasının heyətində Azərbaycan yığması ilə oyunda dubla imza atan 36 yaşlı yarımmüdafiəçi yubiley matçına çıxıb.

2006-cı il dünya çempionatının seçmə mərhələsinin son qarşılaşmasında Dmitri Kramarenkonu iki dəfə məyus edən futbolçu klubunu heyətində 800-cü oyununu keçirib. Mançesterlilərin “Arsenal”ı 1:0 hesabı ilə məğlub etdiyi görüşdəki yubileydə qol vurmağa imkan tapan uelslinin vurduğu top nəzərə alınmayıb.

Qeyd edək ki, Qiqqz Mançester təmsilçisinin tarixində ən çox oyun keçirən futbolçudur. O, hələ ötən ilin mayında komandanın formasında 759 dəfə meydana çıxan Bobbi Çarltonun rekordunu qırmışdı.
0