“İnter” 5 qolla 5 komandanı arxada qoydu
30.04.2009 - 10:42
“İnter” 5 qolla 5 komandanı arxada qoydu
Bakının “İnter” klubu Azərbaycan kubokunda rekord müəyyənləşdirib. Apasport.az saytının hesablamalarına görə, “Qəbələ”ni 5:0 hesabı ilə məğlub edən paytaxt təmsilçisi ölkə kuboku tarixində yarımfinal görüşlərinin ən böyük hesablı qələbəsini qazanıb.

İndiyədək bu mərhələdə qalib gələn komandalar ən yaxşı halda, üç top fərqi ilə üstün olub. Ümumilikdə, yarımfinallarda 6-cı dəfə böyük hesablı nəticə qeydə alındı. Bunlardan üçü ilk, üçü cavab oyununda rəsmiləşib.

Qarşılaşmaların 5-də komandalara arasında 3, sonuncuda isə 5 top fərqi olub. Heç bir komanda iki belə qələbə qazanmasa da, Lənkəran təmsilçisi iki dəfə böyük hesabla uduzub. Elə sonuncu uduzan da “Xəzər-Lənkəran”ın 3 il əvvəlki uğursuzluğunu yaşayıb.

Qeyd edək ki, “İnter” – “Qəbələ” matçı yarımfinallar tarixinə ən məhsuldar görüş kimi düşməyib. 1995/96 mövsümündə “Kəpəz” və “Kür-Nur” arasında ilk yarımfinal matçında 6 qol vurulmuşdu – 3:3. Mingəçevirdəki qarşılaşmada da heç-heçənin (1:1) qeydə alınması “Kür-Nur”u finala daşıyıb.

Azərbaycan kubokunun yarımfinalında qeydə alınan bütün böyük hesablı nəticələr

mövsüm

qalib komanda

məğlub komanda

hesab

Digər oyunun hesabı

1993

“İnşaatçı” Sabirabad

“İnşaatçı” Bakı

4:1 (cavab oyunu)

0:1

1993/94

“Qarabağ”

“Xəzər” Lənkəran

3:0 (ilk oyun)

-:+

1996/97

“Kəpəz”

“Qarabağ”

3:0 (cavab oyunu)

0:1

1998/99

“Neftçi”

“Turan”

3:0 (ilk oyun)

0:1

2005/06

“Karvan”

“Xəzər-Lənkəran”

3:0 (cavab oyunu)

0:1

2008/09

“İnter”

“Qəbələ”

5:0 (ilk oyun)

 

0