Vəliyev milli komandadan uzaqlaşdırıldı
30.04.2009 - 12:00
Vəliyev milli komandadan uzaqlaşdırıldı
Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, Kamran Vəliyev Futbol akademiyasının “Akademiya” (U-15) komandasının heyətindən kənarlaşdırılıb. Gənc futbolçu yığmanın mayın 2-dən 6-də keçiriləcək təlim-məşq toplanışında iştirak etməyəcək. Komandanın baş məşqçisi almaniyalı Oliver Pilzer onun əvəzinə Rauf Əliyevi heyətə cəlb edib.
0