“Bakı” - “Simurq” görüşünün vaxtı dəyişdirildi
30.04.2009 - 12:20
“Bakı” - “Simurq” görüşünün vaxtı dəyişdirildi
Azərbaycan Premyer Liqasının XXIV turunun oyunların keçirilmə yeri və vaxtı dəqiqləşib. Peşəkar Futbol Liqasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, həftəsonu keçiriləcək matçların vaxtında dəyişiklik edilib. Belə ki, çempionatın əsasnaməsinə uyğun olaraq may ayından etibarən görüşlər saat 16:00 deyil, 17:00-da başlamalıdır. Lakin iki komandanın – “Bakı” və “Xəzər-Lənkəran”ın öz meydanında keçirdiyi matçlar bir saat gec – 18:00-da başlayacaq.

2 may, şənbə

17:00. "Standard" - "Turan"

"Şəfa" stadionu

17:00. "Bakılı" - MOİK
Zabrat qəsəbə stadionu

18:00. "Bakı" - "Simurq"
T.Bəhramov adına Respublika Stadionu

3 may, bazar

17:00. "Olimpik" - "Muğan"

"Şəfa" stadionu

17:00. "Karvan" - "Neftçi"
Yevlax şəhər stadionu

17:00. "Qarabağ" - "İnter"
Quzanlı qəsəbəsi Olimpiya İdman Kompleksinin stadionu

18:00. "Xəzər-Lənkəran" - "Qəbələ"
Lənkəran şəhər "Xəzər-Lənkəran" stadionu
0