“Xəzər-Lənkəran”da itki
30.04.2009 - 12:55
“Xəzər-Lənkəran”da itki
“Xəzər-Lənkəran”ın braziliyalı legioneri Juninyo Osvaldo problemlə üzləşib. Apasport.az saytının məlumatına görə, 27 yaşlı yarımmüdafiəçi baldır əzələsindən aldığı zədə ucbatından komandanın hazırlığından kənarda qalıb.

“Xəzər-Lənkəran”ın həkimi Boris Xetaqurov Juninyonun on gün müalicə olunacağını bildirib. Bu isə braziliyalının Azərbaycan Premyer Liqasının qarşıdakı turunda “Qəbələ” ilə mayın 3-də Lənkəranda keçiriləcək görüşdə iştirak etməyəcəyi deməkdir.

Həkimlər Juninyonu XXV tur çərçivəsində mayın 9-da “Qarabağ”la Ağdamda keçiriləcək oyuna qədər sağaltmağa çalışır.
0