Azərbaycan yığmasının məşqçisi: Komandamın bəxt limiti tükənib
30.04.2009 - 12:59
Azərbaycan yığmasının məşqçisi: Komandamın bəxt limiti tükənib
Azərbaycan milli komandasının məşqçisi Uli Ştayn almaniyalı həmkarlarımızın maraq dairəsini tərk etmir. Apasport.az saytının məlumatına görə, məşhur “Bild” qəzeti ekspert kimi tez-tez müraciət etdiyi 55 yaşlı mütəxəssisin növbəti açıqlamalarına ehtiyac duyub.

Almaniya yığmasının sabiq qapıçısı futbolçu karyerasını başladığı “Arminiya”nın durumuna aydınlıq gətirib. Millimizin baş məşqçisi Berti Foqtsun köməkçisi Bundesliqada 16-cı pillədə qərarlaşan sabiq komandası haqda bədbinliyə qapılıb: “Son iki ildə də “Arminiya” Bundesliqada qalmaq uğrunda mübarizə aparırdı. Hər iki halda, sonda bəxti gətirən sabiq komandam çətinliklə güclülər sırasında yerini qoruya bildi. İndi isə artıq bəxt limiti bitib”.

Qeyd edək ki, Ştaynın heyətində 6 mövsümə 200-dən artıq oyun keçirdiyi “Arminiya” çempionatın sonuna 5 tur qalmış 25 xalla 18 komanda arasında 16-cı yerdə qərarlaşıb.
0