Vidadi Rzayevin sabiq komandasının üzvü ölüm astanasında
30.04.2009 - 13:30
Türkiyəli futbolçu, “Ərzurumspor” klubunun üzvü Gökhan Çavuş ölüm təhlükəsindədir. Apasport.az saytının məlumatına görə, 25 yaşlı futbolçu ikinci liqa çərçivəsində “Arsinspor”la matçın 82-ci dəqiqəsində zədələnib. Rəqib komandanın qapıçısı ilə mübarizə zamanı ciddi zədə alan Gökhan yerdə qalıb. Buna baxmayaraq, həkimlərin köməyindən sonra o, görüşü davam etdirə bilib.
Qarşılaşmanın ardından klubun bazasında dincəlmək istəyən Çavuşun durumu qəflətən pisləşib. Bu səbəbdən futbolçu xəstəxanaya aparılıb. Müayinə zamanı onun mədəaltı vəzisindən ciddi zədələndiyi müəyyənləşib və dərhal əməliyyat olunub.
Gökhanın həyatı təhlükədə olduğundan, ona futbol oynamaq qadağan edilib. Müalicəsi hələ uzun müddət davam edəcək oyunçu çox pərişan vəziyyətdədir: “Həkimlər deyirlər ki, mən avtomobil qəzalarındakı kimi, xəsarət almışam. İndi bədənimə keçirilən bir boru sayəsində yaşayıram. Həkimlər həyatıma zəmanət vermirlər”.
Çavuş “Ərzurumspor”un ən yaxşı futbolçularından biridir. O, çempionatda keçirdiyi 10 matça 7 qol vurmaqla, komandanın uğurlarında böyük rol oynayıb.
Qeyd edək ki, “Ərzurumspor” azərbaycanlı futbol həvəskarlarına da yaxşı tanışdır. Bir neçə il öncə bu komandanı mərhum məşqçimiz Ruslan Abdullayev çalışdırıb. Həmin vaxt veteran futbolçumuz Vidadi Rzayev “Ərzurumspor”un şərəfini qoruyub. Bundan başqa, Nadir Şükürov və Rafael Əmirbəyov da bu klubun üzvü olublar.

0
0