“Akademiya” yeddinci yeri tutdu
30.04.2009 - 14:14
“Akademiya” yeddinci yeri tutdu
Azərbaycan milli komandası Qazaxıstanda təşkil olunan beynəlxalq turnirin bu gün keçirilən final oyununda Rusiyanın “Rubin” klubu ilə qarşılaşıb. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, “Akademiya” adı altında çıxış edən 17 yaşlılardan ibarət milli komandamız Qazaxıstan prezidentinin şərəfinə həsr olunan yarışda keçirdiyi son matçı qələbə ilə başa vurub.

Kazan təmsilçisini böyük hesabla (3:0) məğlub edən komandamız yeddinci yer uğrunda final qarşılaşmasının qalibi olub. Bununla da sonuncu olmaqdan xilas olan Oliver Pilzerin komandasında qolların ikisini Nuran Qurbanov, digərini isə Kazım Kazımlı vurub.

Qeyd edək ki, turnirin əsasnaməsinə görə A və B qruplarında 1-ci yeri tutanlar turnirin qalibi, ikincilər üçüncü, üçüncülər isə 5-ci yer uğrunda finalda mübarizə aparıb. Qrup sonuncusu olan “Akademiya” isə sonuncu olmamaq uğrunda oynayıb.
0