“Qarabağ” klubunun futbolçusu məşhur “Milan”a qarşı
30.04.2009 - 14:49
“Qarabağ” klubunun futbolçusu məşhur “Milan”a qarşı
Ağdamın “Qarabağ” klubunun albaniyalı müdafiəçisi Admir Teli “Milan” qarşı oynamaq imkanı qazanıb. Apasport.az saytının məlumatına görə, İtaliyanın məşhur klubu mayın 12-də Albaniya yığması ilə yoldaşlıq görüşü keçirəcək. Tiranada keçiriləcək oyunun təşkilatçısı UNİSEF-dir. Yoldaşlıq görüşü xeyriyyə xarakteri daşıyır və yığılan maliyyə vəsaiti Albaniyada təhsil sisteminin inkişafına yönələcək.

Qeyd edək ki, bu ilin qışında “Qarabağ”a keçən Admir mütəmadi milli komandasına çağırılır. Ona “Milan”la görüşə də dəvət gələrsə, gedişində ciddi problem olmamalıdır. Düzdür, mayın 12-də ölkəmizdə futbol mövsümü bitməyəcək. Sadəcə, mayın 9-da “Xəzər-Lənkəran”la Ağdamda oyunu olan “Qarabağ” ardından son turda “Karvan”la səfər görüşünü 17-də keçirəcək. Teli Premyer Liqamızda bu iki oyun arası yığmasına yollana bilər.
0