Milli komandamızın sabiq futbolçusu cəzalandırılıb
30.04.2009 - 15:07
Milli komandamızın sabiq futbolçusu cəzalandırılıb
Rusiya çempionatında çıxış edən Azərbaycan milli komandasının sabiq oyunçusu cəzalandırılıb. Apasport.az saytının məlumatına görə, Tverin “Volqa” klubunda çıxış edən Emin Ağayev ikinci divizionun Qərb zonasında keçirilən üçüncü turun oyununda sarı vərəqə alıb.

36 yaşlı müdafiəçinin komandası bir neçə gün əvvəl Rusiya kubokunun 1/256 finalında məğlub etdiyi “Voloçanin-Ratmir” klubunu məğlub edə bilməyib – 0:0. Cari mövsümdən komandanın kapitanı olan Ağayev əvvəlki matçlarda olduğu kimi yenə əvəzlənmədən meydanda mübarizə aparıb. Keçirdiyi iki matçdan sonra hesabında 1 xal olan “Volqa” 19 komanda arasında 16-cı yerdə gedir. Eminin komandası mayın 2-də baş tutacaq növbəti oyununu da evdə keçirəcək. Tverlilər hələ də xal qazana bilməyən “Smena-Zenit”i qəbul edəcək.
0