Yarımfinal oyunlarında zəif hakimlik
30.04.2009 - 16:21
Yarımfinal oyunlarında zəif hakimlik
Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunlarını idarə edən hakimlərin qiymətləri açıqlanıb. Peşəkar Futbol Liqasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, Hakimlər Komitəsinin bu məsul matçlara təyin etdiyi gənc referilər işinin öhdəsindən gələ bilməyib.

Belə ki, avrokuboklara vəsiqənin bir addımlığında komandaların taleyi tapşırılan Anar salmanovla Elçin Məmmədov idarəçiliyindəki qüsurlar ucbatından 7,5 alıblar.

Azərbaycan kuboku, 1/2 final, ilk oyunlar
29 aprel, çərşənbə

"İnter" - "Qəbələ" – 5:0

Baş hakim: Elçin Məmmədov - 7,5
Hakim köməkçiləıri: Mehman Mahmudov - 7,9, Azər Məmmədov - 8,0, Vüsal Əliyev - 8,0

"Bakı" - "Qarabağ" – 1:2
Baş hakim: Anar Salmanov - 7,5
Hakim köməkçiləri: Azər Əsgərov - 8,0, Vaqif Musayev - 8,0, Fariz Yusifov - 8,0
0