Mehman Alışanovun davamçısı cəzalandı
30.04.2009 - 16:29
Mehman Alışanovun davamçısı cəzalandı
“Luqano” klubunun müdafiəçisi Luka Baldo kokain qəbul edib. Apasport.az saytının məlumatına görə, italyan futbolçu bu səbəbdən İsveçrə çempionatından iki illik kənarlaşdırılıb.

Baldodan ötən ilin dekabrında “Sankt-Qallen” ilə oyundan öncə götürülən dopinq-test müsbət nəticə verib. Luka iki il öncə “Luqano”ya İtaliyanın “Modena” klubundan keçib. Müdafiəçi İsveçrə çempionatında 2011-ci ilin yanvarından tez iştirak edə bilməyəcək. İsveçrə Futbol Federasiyasının nümayəndəsinin sözlərinə görə, FİFA Baldonun cəza müddətini daha da artıra bilər.

Qeyd edək ki, Azərbaycan milli çempionatda ilk qolun müəllifi Mehman Alışanov futbolçu karyerasını bitirdikdən sonra, ötən il kokainə görə həbs olunub.
0