Rəşad Sadıqov “Kocaelispor” klubundan pulunu ala bilmir
01.05.2009 - 10:50
Rəşad Sadıqov “Kocaelispor” klubundan pulunu ala bilmir
Milli komandamızın kapitanı Rəşad Sadıqovun hazırkı durumu Türkiyə mətbuatının diqqətini cəlb edib. Apasport.az saytının məlumatına görə, Superliqada qalmaq üçün mübarizə aparan “Kocaelispor” klubunun 27 yaşlı müdafiəçisinin növbəti oyun ərəfəsindəki vəziyyəti heç də yaxşı deyil.

Belə ki, türkiyəli həmkarlarımız bir neçə günlük Azərbaycan səfərindən qayıdan futbolçunun mənəvi cəhətdən sarsıldığını düşünür: “Şəxsi problemləri olan, eyni zamanda transferi üçün alacağı para ilə bağlı çətinliklər yaşayan Rəşad son məşqə dilxor çıxıb. Hazırlıq zamanı özünü çox hirsli aparan müdafiəçinin sakitləşməsi üçün komandanın meneceri Çengiz Sert ona kömək etməyə çalışır”.

Qeyd edək ki, bir neçə gün əvvəl komandadan kənarlaşdırılan qapıçı Sərdar Kulbilgə də “Kocaelispor”dan pul ala bilmədiyini açıqlamış və Türkiyə Futbol Federasiyasına da şikayət etmişdi.
0