İtaliya futbolunda inqilab: Yeni liqa yarandı
01.05.2009 - 12:30
İtaliya futbolunda inqilab: Yeni liqa yarandı
İtaliya futbolunda inqilab baş verib. Apasport.az saytının məlumatına görə, ölkənin iki ən yüksək liqasında - A və B seriyalarında mübarizə aparan klublar yeni təşkilatın adı altında birləşmək qərarına gəliblər. Halbuki, bu iki seriyanın komandaları 1946-cı ildən bəri Lega Calcio-da (Peşəkarların Milli Liqası) cəmləşmişdi.

Lakin klub rəhbərləri toplantı keçirərək, yeni format irəli sürüblər. Lega Calcio-nun Premyer Liqa ilə əvəzlənməsini təklif ediblər. Səs çoxluğu ilə qərar qəbul olunub. Yalnız A seriyasının autsayderi “Leççe” rəhbərliyi təklifin əleyhinə çıxıb.

İtaliya çempionatı 2010-cu il iyulun 1-dən etibarən Premyer Liqa adlanacaq. Futbol funksionerləri bu addımı atmaqla, klubların gəlirlərini yüksəltmək məqsədi güdürlər. “Palermo”nun prezidenti Mauritsio Zamparani deyib ki, yeni liqanın yaranmasında futbol məmurlarından daha çox, həyat özü rol oynayıb.

“Milan”ın vitse-prezidenti Adriano Qalliani isə Premyer Liqanın formatının hələlik məlum olmadığını söyləyib. “Liqanın yeni formatını dəqiqləşdirmək üçün ixtiyarımızda hələ 12 ay var” - deyə Qalliani vurğulayıb.
0