“Neftçi”nin futbolçusu Ekvatorial Qvineyasına qarşı
01.05.2009 - 12:38
Bakının “Neftçi” klubunun estoniyalı müdafiəçisi Dmitri Kruqlov milli komandasından növbəti dəfə dəvət alıb. Apasport.az saytının məlumatına görə, 25 yaşlı futbolçu ardıcıl üç yoldaşlıq görüşündə iştirak edə bilər.
Milli komandamız 2010-cu il dünya çempionatının seçmə mərhələsi çərçivəsində qarşıdakı ev oyununu iyunun 6-da Uelslə keçirəcək. Britaniyalılar bu oyuna son hazırlıq məqsədilə mayın 29-da Estoniya yığması ilə qüvvəsini sınayacaqlar. Ardından Kruqlovun komandası yoldaşlıq görüşlərini evdə keçirəcək. İyunun 6-da Ekvatorial Qvineyasını qəbul edəcək estonlar 4 gün sonra Portuqaliya ilə görüşəcək. Kruqlov mayın 26-da milli komandasının düşərgəsinə yollanacaq.
Qeyd edək ki, bu il Estoniya futbolunun yaranmasının 100 illiyidir. Həmin yubileyi iyunun 10-da beşqat dünya çempionları Braziliya milli komandası ilə yoldaşlıq görüşü ilə qeyd etmək planlaşdırılmışdı.

- Tuxeldən sürpriz qərar – 16 yaşlı “Arsenal”lı İngiltərə millisinə qoşula bilər
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
0
0