Rəşad Sadıqov cərimədən yaxasını qurtardı
02.05.2009 - 11:07
Rəşad Sadıqov cərimədən yaxasını qurtardı
Azərbaycanlı futbolçular Rəşad Sadıqovla Ramal Hüseynovun şərəfini qoruduqları Türkiyənin “Kocaelispor” klubu cəzalandırılıb. Apasport.az saytının məlumatına görə, Türkiyə Futbol Federasiyasının Nizam-İntizam Komitəsi İzmit təmsilçisini Superliqanın son turunda “Antalyaspor” klubu ilə görüşdə baş verənlər üzündən cəzalandırıb.

Sözügedən oyunda “Kocaelispor”un üzvləri idmançıya yaraşmayan hərəkətlər etdikləri üçün ümumilikdə 9 min türk lirəsi (təxminən 4500 manat) cərimələniblər. Nizam-İntizam Məcəlləsində hər sarı vərəqəyə görə 1500 lirə cərimə nəzərə tutulub. “Kocaelispor”un heyətində həmin oyunda 6 futbolçu vərəqə aldığından cərimənin məbləği bu qədər olub. Cəriməyə məruz qalanlar arasında Rəşad Sadıqov yoxdur.

Qeyd edək ki, “Kocaelispor” “Antalyaspor”a 1:0 hesabı ilə qalib gəlib.
0