Milli komandamızla oyuna çağırılan futbolçu aktyor qiyafəsində
02.05.2009 - 11:59
Milli komandamızla oyuna çağırılan futbolçu aktyor qiyafəsində
Azərbaycan milli komandasının 2010-cu il dünya çempionatının seçmə mərhələsindəki rəqibi Rusiya yığmasının futbolçusu Denis Kolodin aktyorluq eşqinə düşüb. Apasport.az saytının məlumatına görə, Moskvanın “Dinamo” klubunun formasını geyinən müdafiəçi rus rejissor Fyodr Bondarçukla işbirliyində olub.

Bondarçuk “Dinamo” haqda çəkdiyi klipdə Denisə də yer ayırıb. Bununla bağlı təəssüratlarını bölüşən Kolodin kino çəkilmək istədiyini gizlətməyib: “Klipin çəkilişində qeyri-adi bir şey olmadı. Sadəcə, biz məşqdən sonra yorğun idik. Əslində, heç bir çətinlik yox idi. Əgər mənə filmdə çəkilmək təklif edilərsə, bunu qəbul edərəm. Ancaq baxır hansı filmdə. Bunun döyüş, yaxud komediya filmi olması artıq rejissordan asılıdır. Prinsipcə, Bondarçuk pis rejissor deyil”.

Qeyd edək ki, Kolodin ötən yay Rusiya yığmasının heyətində Avropa çempionatının bürünc medalını qazanıb. O, martın 28-də milli komandamızla Moskvada keçirilən rəsmi oyuna (2:0) dəvət olunsa da, baş məşqçi Qus Hiddink onu ehtiyatda saxlayıb.
0