Dünyanın ən məşhur derbisində qol yağışı
03.05.2009 - 00:05
Dünyanın ən məşhur derbisində qol yağışı
İspaniya çempionatında XXXIV turun oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, turun mərkəzi görüşü paytaxt Madriddəki “Santyaqo Bernabeu” stadionunda əzəli rəqiblər - “Real” və “Barselona” arasında baş tutub.

80 min azarkeşin izlədiyi “El Klassiko”da qapılara 8 top vurulub. Dünyanın 60-dan çox ölkəsinə yayımlanan qarşılaşmada hesabı İquainin qolu ilə Madrid təmsilçisi açsa da, tezliklə tarazlıq bərpa olunub. 18-ci dəqiqədə fransız Tyeri Anri bərabərlik topunu vurub. Bundan iki dəqiqə sonra Puyol “Barselona”nı hesabda irəli çıxarıb. Bu azmış kimi, meydan sahibləri daha bir zərbə alıb. Messi 36-cı dəqiqədə vurduğu qolla komandasının üstünlüyünü bir qədər də möhkəmlədib.

İkinci hissəyə madridlilər daha yaxşı başlasalar da, bir qoldan artıq vura bilməyiblər. Ramosun 56-cı dəqiqədə vurduğu qola, “Barsa” Anri, Messi və Pikenin ifasında üç qolla cavab verib.

Bununla, dünyanın ən məşhur derbilərindən sayılan matçda katalonlar 6:2 hesabı ilə qələbə qazanıblar.

“Real” – “Barselona” – 2:6

“Sanytyaqo Bernabeu” stadionu, 80580 tamaşaçı.
Baş hakim: Undiano Malğenko.
Qollar: İquain, 14; Ramos, 56 - Anri, 18: 58; Puyol, 20; Messi, 36; 75; Pike, 83

REAL: Kasilyas, Ramos (van der Vart, 72), Metzelder, Kannavaro, Xaynse, L. Diarra, Qaqo, Robben (Xavi Qarsiya, 79), Marselo (Xuntelar, 60), İquain, Raul.

BARSELONA: V. Valdes, D. Alves, Pike, Puyol, Abidal, Xavi, Yaya Ture, İniyesta, Messi, Eto, Anri (S. Keyta, 61).

0