Rəşad Sadıqov yenə “Kocaelispor”u pis vəziyyətdə qoydu
03.05.2009 - 22:01
Rəşad Sadıqov yenə “Kocaelispor”u pis vəziyyətdə qoydu
Türkiyə Superliqsında növbəti turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, yığmamızın müdafiəçisi Rəşad Sadıqovun formasını geyindiyi “Kocaelispor” klubu səfərdə “Konyaspor”la qarşılaşıb.

Futbolçumuzun start heyətində yer aldığı görüşdə meydan sahibləri 2:0 hesabı ilə qələbə qazanıblar. Oyun İzmit təmsilçisi kimi, Sadıqov üçün də uğursuz alınıb. Belə ki, Rəşad matçın anti-qəhrəmanlarından biri olub. O, 79-cu dəqiqədə rəqibə qarşı kobud oynadığından hakim penalti təyin edib. Həmin epizodda referi həmyerlimizə sarı vərəqə göstərib. Bu, Sadıqovun "Kocaelispor"un heyətində ikinci sarı vərəqəsi olub.

Xatırladaq ki, əvvəlki oyunlarda da Rəşad komandasına penalti “qazandırıb”.
0