“Qarabağ” - “İnter” matçından sonra kütləvi qarşıdurma
03.05.2009 - 22:29
Bu gün Azərbaycan Premyer Liqasının 24-cü turu çərçivəsində Ağdamın “Qarabağ” və Bakının “İnter” futbol komandaları qarşılaşıblar. Oyun 16 illik fasilədən sonra ilk dəfə Ağdamda - Quzanlı qəsəbəsindəki olimpiya idman kompleksinin stadionunda keçirilib.
Lent.az-ın stadionda olan əməkdaşı xəbər verir ki, 1:1 hesabı ilə heç-heçə başa çatan qarşılaşmanın sonunda kütləvi qarşıdurma baş verib. Final fiti səsləndikdən sonra bir qrup azarkeş meydana daxil olaraq, hakimlərə hücum ediblər. Mühafizə xidmətinin müdaxiləsi də nəticə verməyib və demək olar ki, oyunu izləməyə gələn bütün azarkeşlər kütləvi şəkildə meydana daxil olublar.
Vəziyyət bu həddə çatdıqda stadiona polis qüvvələri gətirilib. Yaranmış qarşıdurma polisin səyi nəticəsində sakitləşdirilib və azarkeşləri nəhayət, meydandan çıxarmaq mümkün olub.
Qeyd edək ki, oyunun heç-heçə nəticələnməsi Premyer Liqada “Bakı” komandasının bu turu 1-ci yerdə başa vurmasına imkan verib.

- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı
0
0