Həsən Sarıyev: Azarkeşləri bu hərəkətə hakimlər vadar etdi
03.05.2009 - 22:31
Mayın 3-də “Qarabağ”-“İnter” oyunundan sonra Ağdamın Quzanlı stadionunda qarşıdurma yaranması barədə xəbər vermişdik. Hakimlərin qayda pozuntusuna yol verdiklərini hesab edən və buna etiraz bildirən azarkeşlər matçdan sonra meydana dolmuşdular. Onları yalnız polisin müdaxiləsindən sonra stadiondan çıxarmaq mümkün olub.
Lent.az-ın Quzanlıda olan əməkdaşı bildirir ki, oyunu izləyən Milli Məclisin deputatı Aqil Abbas və Ağdam rayon icra hakimiyyətinin başçısı Həsən Sarıyev vəziyyəti Peşəkar Futbol liqasının prezidenti Ramin Musayevlə müzakirə ediblər. R.Musayev hakimlərin heç bir pozuntuya yol vermədiklərini deyib, azarkeşlərin bu hərəkətini onların qaydaları bilməmələri ilə izah edib.
H.Sarıyev isə Lent.az-ın əməkdaşına açıqlamasında deyib: “Hakimlərin başqa səhvləri də oldu. Amma bu, oyundur, olan şeylərdir. əsas odur ki, bu qədər ağdamlını 16 ildən sonra sevindirdilər. O vaxtkı ilə indiki “Qarabağ” arasında əsas fərq odur ki, o vaxt komandada çoxlu ağdamlı vardı. Amma bunlar da bizim balalardır. Azarkeşləri isə oyundan sonra baş verənlərə hakimlər vadar etdi”.

0
0