İqor Ponomaryovu yenə istefaya səslədilər
04.05.2009 - 09:18
İqor Ponomaryovu yenə istefaya səslədilər
“Xəzər-Lənkəran” klubunun azarkeşləri komandalarının cari mövsümdəki çıxışından ciddi narazıdırlar. Apasport.az saytının məlumatına görə, Premyer Liqanın XXIV turunun “Qəbələ” ilə ev qarşılaşmasındakı məğlubiyyət yerli fanatlarının qəzəbinə səbəb olub.

Matçın gedişində 1:0 hesabı ilə irəlidə olan İqor Ponomaryovun yetirmələrinin əvvəl bərabərlik qolunu buraxmağına, ardından daha bir dəfə qapısında top görməsini isə azarkeşlər “həzm etməyib”. Hesab qonaqların xeyrinə olandan başlayaraq, azarkeşlər “istefa” sədaları səsləndirməyə başlayıb. Ponomaryov Lənkəran təmsilçisini çalışdırdığı müddətdə “istefa” sədaları ilə ilk dəfə rastlaşmır. Belə ki, onun komandanı rəsmi oyunlara çıxardığı 3 ay ərzində bu hal dəfələrlə təkrarlanıb.

Qeyd edək ki, bu məğlubiyyətlə “Xəzər-Lənkəran”ın qızıl və gümüş medal almayacağı rəsmiləşib.
0