Lənkəranda hakimlər də büdrədi
04.05.2009 - 10:42
Lənkəranda hakimlər də büdrədi
Azərbaycan Premyer Liqasının XXIV turunun oyunlarını idarə edən hakimlərin qiymətləri açıqlanıb. Peşəkar Futbol Liqasından apasport.az saytına verilən məlumata görə, həftəsonu keçirilən görüşlərin idarəçiliyində ciddi problem yaşanmayıb.

Yalnız sensasiyanın qeydə alındığı “Xəzər-Lənkəran” – “Qəbələ” matçında ədalət təmsilçiləri işinin öhdəsindən tam gələ bilməyib. Buna da yan xətt hakimlərinin buraxdığı qüsurlar səbəb olub. Baş hakimlərə gəlincə, “Olimpik” – “Muğan” və “Standard” – “Turan” qarşılaşmalarında daha zəif idarəçilik qeydə alınıb.

2 may

"Standard" - "Turan" - 4:1

Hakimlər: Rasim Məmmədov – 7,7, İlham Əliyev – 8,0, Elşən Durmuşov – 8,0, Hacıəli Ağayev – 8,0

"Bakılı" - MOİK - 1:0
Hakimlər: Elnur Muradov – 8,0, Ruslan Babayev – 8,0, Aleksandr Musatkin – 8,0, Azad Mütəllimov – 8,0

"Bakı" - "Simurq" - 1:0
Hakimlər: Fariz Yusifov – 7,9, Elman Musayev – 8,0, Roman Vasilyev – 8,0, Zöhrab Əliyev – 8,0

3 may

"Qarabağ" - "İnter" - 1:1

Hakimlər: Vüsal Əliyev – 7,9, Azad Q. Hüseynov – 8,0, Əliyar Ağayev – 8,1, Ceyhun Haşımov – 8,0

"Olimpik" - "Muğan" - 1:0
Hakimlər: Ramil Diniyev – 7,7, Vaqif Ayvazov – 8,0, Azər Əsgərov – 8,0, Elçin Səmədli – 8,0

"Karvan" - "Neftçi" - 1:1
Hakimlər: Əfqan Həmzəyev – 8,0, Ramiz Əsədov – 8,0, Mübariz Haşımov – 8,0, Elvin Əsgərov – 8,0

"Xəzər-Lənkəran" - "Qəbələ" - 1:2
Hakimlər: Rövşən Əhmədov – 8,0, Səbuhi Əmrahov – 7,3, Qəzənfər Məmmədov – 7,7, Rauf Cabbarov – 8,0
0