Subaşiç 33-cü dəqiqədə nə istəyib?
04.05.2009 - 11:24
Subaşiç 33-cü dəqiqədə nə istəyib?
Azərbaycan milli komandasının futbolçusu Branimir Subaşiç Çin çempionatında növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, “Çanqçun Yatay” klubunda çıxış edən 27 yaşlı hücumçu komandasının “Şençjen Şanqinqyinq” üzərində 3:1 hesabı ilə qələbə qazandığı görüşün iştirakçılarından olub.

Oyunun ilk dəqiqələrində qapısında qol görən meydan sahibləri 40 və 47-ci dəqiqələrdəki qollarla hesabda irəli çıxıb, matçın sonuna 4 dəqiqə qalmış isə fərqi artırıb. Matça start heyətində çıxan Branimir 61-ci dəqiqədə əvəzlənib. Meydanda olduğu müddətdə yalnız 33-cü dəqiqədə diqqət mərkəzinə düşən hücumçu cərimə meydanında yıxılsa da, hakim penalti təyin etməyib. Bu qələbədən sonra “Çanqçun Yatay” liderliyə şərik olub. Belə ki, 7 turdan sonra üç komandanın 14 xalı var. Onlardan ikisi – bütün göstəriciləri eyni olan Subaşiçin komandası və “Henan Jianye” birinci pillədə qərarlaşaraq “Şandunq Lunenq”i raxada qoyub.

Qeyd edək ki, digər iki liderin bir-biri ilə qarşılaşacağı turda “Çanqçun Yatay” 8-ci sırada qərarlaşan “Pekin Quoan” ilə qarşılaşacaq.
0