“Mançester Yunayted” olan yerdə Azərbaycan klublarına yer yoxdur
04.05.2009 - 11:32
“Mançester Yunayted” olan yerdə Azərbaycan klublarına yer yoxdur
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın 350 ən güclü klubunun siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, İngiltərənin “Mançester Yunayted” klubu 302 xalla planetin ən güclüsü adını qoruyur.

İkinci pillədəki yeri toxunulmaz qalan “Barselona” Çempionlar Liqasının finalında qarşılaşmaq ehtimalı olan mançesterlilərdən 20 xal geri qalır. Final yolunda ispaniyalılara əngəl olmağa çalışan digər ingilis klubu “Çelsi” isə üçüncü yerə qalxıb.

Ötən ay 5-ci olan londonlular “Boka Xuniors” (Argentina) və “Liverpul”u (İngiltərə) arxada qoymağı bacarıb. Azərbaycan klublarının yer almadığı siyahıda Türkiyə 7 komanda ilə təmsil olunub. Belə ki, “Qalatasaray” 48, “Fənərbaxça” 58, “Beşiktaş” 78, “Sivasspor” 199, “Ankaraspor” 313, “Trabzonspor” 325, “Bursaspor” 332-ci pillədədir._
0