Ruben Azərbaycana gələsi olmadı
04.05.2009 - 13:16
Ruben Azərbaycana gələsi olmadı
Madridin “Real” klubunun yarımmüdafiəçisi Ruben de la Red reanimasiyaya düşüb. Apasport.az saytının məlumatına görə, ötən yay İspaniya milli komandasının heyətində Avropa çempionu olan futbolçu biopsiyadan müayinədən keçəndən sonra klinikaya yerləşdirilib.

Rubenin əvvəllər də ürəyi ilə bağlı problemi olub. O, ötən il İspaniya kuboku oyununda elə meydanda huşunu itirmişdi. Uzun müddət reabilitasiya prosesi keçən de la Red “Real”ın bütün turnirlərdə iştirak ərizəsindən kənarlaşdırılıb. Futbol müsahibələrinin birində bəyan edib ki, sağlamlığındakı problemlərə görə karyerasını bitirmək haqda düşünür. Artıq milli komandaya da cəlb edilməyən Ruben Azərbaycana gəlməyəcək.

Qeyd edək ki, İspaniya yığması bu ilin iyunun 9-da Bakıda milli komandamızla yoldaşlıq görüşü keçirəcək.
0