Futbol matçında tarixi hesab – 19:18
04.05.2009 - 13:29
Futbol matçında tarixi hesab – 19:18
Futbol üzrə Yunanıstan kubokunun final matçı tarixi hesabla başa çatıb. Lent.az-ın məlumatına görə, həlledici görüşdə “Olimpiakos” klubu AEK komandası ilə qarşılaşıb.

Oyunun əsas vaxtı 4:4 hesabı ilə başa çatıb. Əlavə 30 dəqiqəlik bölümdə hesab dəyişmədiyindən, penalti seriyasına müraciət edilib. Nəticədə “Olimpiakos” 19:18 hesablı üstünlük əldə edərək, kuboka sahib olub.

Qalib komanda əlavə vaxtda 9 nəfərlə qalıb. Hakim 103-cü dəqiqədə Lusiano Martin Qallettiyə, bundan 2 dəqiqə sonra isə Kiriakos Papadopulosa qırmızı vərəqə göstərib.
0