Kubok oyunları eyni vaxtda
04.05.2009 - 13:50
Kubok oyunları eyni vaxtda
Azərbaycan kuboku uğrunda yarımfinal mərhələsinin cavab oyunlarının başlanma saatı açıqlanıb. Peşəkar Futbol Liqasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, mayın 5-də keçiriləcək “Qəbələ” – “İnter” və “Qarabağ” – “Bakı” görüşləri eyni vaxtda – saat 16:00-da başlayacaq.

Bu aydan etibarən Premyer Liqa oyunlarının başlanma saatı 17:00-a təyin edilsə də, kubokda qalib əlavə vaxtda, yaxud oyun sonrası penaltilər seriyasında müəyyənləşə bilər. Həm Qəbələdə, həm də Ağdamdakı stadionunda süni işıqlandırma sistemi olmadığı nəzərə alınaraq, görüşlərin başlanma saatı 16:00-a təyin edilib.

Qeyd edək ki, “Qarabağ” son turda “İnter”lə olduğu kimi, “Bakı” ilə kubok oyununu da Ağdamın Quzanlı qəsəbəsindəki Olimpiya İdman Kompleksinin stadionunda keçirəcək.
0