Berti Foqts Uels, Türkiyə və İspaniyaya qarşı oynayacaq futbolçuların adlarını açıqladı
04.05.2009 - 15:43
Berti Foqts Uels, Türkiyə və İspaniyaya qarşı oynayacaq futbolçuların adlarını açıqladı
Azərbaycan milli komandasının Uelslə iyunun 6-da Bakıda keçiriləcək rəsmi oyuna heyəti açıqlanıb. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, milli komandamızın baş məşqçisi Berti Foqts həmin matçla yanaşı, iyunun 2-də Kayseridə Türkiyə, 9-da İspaniya millisi ilə Bakıdakı yoldaşlıq görüşündə də bu futbolçuların xidmətindən yararlanacaq. Alman mütəxəssis bu görüşlərə 23 futbolçu, 8 ehtiyat oyunçu çağırıb. Yəni, əsas heyətdə kimlərsə bağlı problem çıxarsa, onları ehtiyat qüvvədən kimsə əvəzləyəcək.

Foqts son toplanışa dəvət etdiyi milliləşən rus hücumçu Daniel Axtyamovu 4 illik fasilədən sonra rəsmi oyuna çağırılıb. Mütəmadi milliyə çağırılan, son vaxtlar isə “İnter”də əsas heyətdən kənarda qalan Elvin Məmmədov bu dəfə ehtiyat qüvvə arasında yer alıb. Milli komandamızın əsas qapıçısı, son vaxtlar cərrahiyyə əməliyyatı olunan “Xəzər-Lənkəran”ın üzvü Kamran Ağayev Rusiya ilə görüşdə olduğu kimi dəvət almayıb.

Qapıçılar: Fərhad Vəliyev (“Qarabağ”), Rauf Mehdiyev (“Olimpik”), Səlahət Ağayev (“İnter”)

Müdafiəçilər: Rəşad Sadıqov (“Kocaelispor”, Türkiyə), Rail Məlikov (“Neftçi”), Saşa Yunisoğlu, Cəmşid Məhərrəmov (hər ikisi “Bakı”), Mahir Şükürov, Aqil Nəbiyev (hər ikisi “Olimpik”), Sergey Sokolov (“Simurq”), Ernani Pereyra (“Karvan”), Samir Abbasov, Vladimir Levin (hər ikisi “İnter”)

Yarımmüdafiəçilər: Cavid Hüseynov (“İnter”), Elmar Baxşıyev (“Neftçi”), Aleksandr Çertoqanov (“Simurq”), Zeynal Zeynalov (“Standard”), Fabio Luis Ramim (“Bakı”)

Hücumçular: Vüqar Nadirov (“Karvan”), Leandro Qomeş (“Olimpik”), Vaqif Cavadov (“Qarabağ”), Branimir Subaşiç (“Çanqçun Yatay”, Çin), Daniel Axtyamov (“Minsk”, Belarus)

Ehtiyat heyət
Qapıçı:
Elçin Sadıqov (“Neftçi”)
Müdafiəçi: Usim Nduka (“Olimpik”), Elnur Allahverdiyev (“Qarabağ”)
Yarımmüdafiəçilər: Elvin Məmmədov (“İnter”), Tural Nərimanov (“Simurq”), Araz Abdullayev (“Neftçi”), Rahid Əmirquliyev (“Xəzər-Lənkəran”), Tural Cəlilov (“Simurq“)

Qeyd edək ki, millinin təlim-məşq toplanışı mayın 25-də başlayacaq.
0