Azərbaycan kubokunun finalında “Hyundai” avtomobili udulacaqmı?
04.05.2009 - 15:54
Azərbaycan kubokunun finalında “Hyundai” avtomobili udulacaqmı?
Azərbaycan kubokunun finalını izləyən azarkeşlərdən biri avtomobil sahibi olacaq. Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, XVII Azərbaycan Kuboku uğrunda yarışın finalında qalib, təkcə hər hansı klub olmayacaq.

Belə ki, bu ildən etibarən ölkə kuboku turnirini təşkil edən PFL azarkeşləri stadiona cəlb etmək üçün onları da hədiyyəsiz qoymayacaq. Mayın 23-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək final oyununa gələcək hər bir fanat aldığı biletlə lotereyanın iştirakçısı olacaq. Qaliblər isə "Hyundai i20" markalı avtomobillə yanaşı, "Beko" şirkətinin məhsulları olan müxtəlif TV, DVD, audio avadanlıq udmaq şansı əldə edəcək.
0