Berti Foqts: Mənim kimisə tənqid etmək fikrim yoxdur
04.05.2009 - 17:30
Berti Foqts: Mənim kimisə tənqid etmək fikrim yoxdur
“Qarabağ” - “İnter” matçı kifayət qədər maraqlı keçdi ki, bu da hər iki komandanın qələbə qazanmaq istəyi ilə bağlı idi. Xüsusilə də açıq futbolun müşahidə olunduğu ikinci hissə xoşuma gəldi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts deyib.

Premyer Liqanın XXIV turu çərçivəsində Ağdamın Quzanlı qəsəbəsində keçirilən “Qarabağ” – “İnter” görüşünü canlı izləyən 63 yaşlı almaniyalı mütəxəssis gördüklərindən razı qalıb: “Stadiona bu qədər azarkeşin gəlməsi də sevindiricidir. Belə ki, arenada əla ab-hava hökm sürürdü. Bu gün meydana çıxan yığma futbolçularından kimisə fərqləndirmək, ya da tənqid etmək fikrim yoxdur. Yalnız onu deyə bilərəm ki, onlardan bəzilərinin oyunu xoşuma gəldi. Bəyəndiyim futbolçuların hamısı millidə çıxış edənlərdir. Yığma üçün yeni oyunçu görmədim”.
Qeyd edək ki, “Qarabağ” – “İnter” matçı 1:1 hesabı ilə başa çatıb.

Mənbə: extratime.az
0