“Simurq” rekorda imza atıb
04.05.2009 - 18:05
“Simurq” rekorda imza atıb
Zaqatalanın “Simurq” klubu Azərbaycan Premyer Liqasının XXIV turunda mövsümün rekordunu təkrarlayıb. Apasport.az saytının hesablamalarına görə, “Bakı” ilə matçda 7 futbolçusu xəbərdarlıq alan Roman Pokoranın yetirmələri özlərinə məxsus göstəricini təkrarlayıblar.

Belə ki, mövsümün 24 turunda baş tutan 168 matçda “Simurq”dan başqa heç bir komanda bir görüşə 7 və ya daha çox sarı vərəqə almayıb. Zaqatala təmsilçisinin özü isə artıq ikinci dəfədir belə intizamsızlıq göstərir. Belə ki, Pokoranın yetirmələri XVII turun “Neftçi” ilə oyununda da 7 sarı vərəqə ilə cəzalanmışdı.
0