PFL jurnalistləri yenə Quzanlıya aparır
04.05.2009 - 19:01
PFL jurnalistləri yenə Quzanlıya aparır
Peşəkar Futbol Liqası (PFL) mətbuat nümayəndələrinin Ağdamın Quzanlı qəsəbəsində keçiriləcək daha bir oyunu izləməsi üçün şərait yaratmağı üzərinə götürüb. Qurumun mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, Premyer Liqanın XXIV turunun “İnter”lə oyununda olduğu kimi, ölkə kubokunun “Bakı” ilə görüşünə də jurnalistlər izləməkdə problemlə üzləşməyəcək.

Quzanlı İdman Kompleksinin stadionunda keçiriləcək "Qarabağ" - "Bakı" oyununu işıqlandırmaq istəyən kütləvi informasiya vasitələri nümayəndələrinə müraciət edən PFL onların xüsusi avtobuslarla bölgəyə səfərini təşkil edir. Quzanlıya səfər edəcək KİV nümayəndələri mayın 5-dək PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentində qeydiyyatdan keçməlidirlər.
0